SOCAR ölən və itən neftçi ailələrinə yardım verdi

SOCAR ölən və itən neftçi ailələrinə yardım verdi
17:26 28 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayırdı.

Qurumdan ANS PRESS-ə verilən məlumata görə, dekabrın 4-də baş verən təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.

Şirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR