Avrokubok yarışlarının 2018-ci ildəki final oyunlarına ev sahibliyi edəcək şəhərlər yanvarda məlum olacaq

Avrokubok yarışlarının 2018-ci ildəki final oyunlarına ev sahibliyi edəcək şəhərlər yanvarda məlum olacaq
17:38 28 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Avrokubok yarışlarının 2017/2018-ci il mövsümünün final oyunlarının keçiriləcəyi stadionların adı 2016-cı ilin yanvarında bəlli olacaq.
AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar və Avropa liqalarının həlledici oyunları ilə bağlı qərar UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qəbul olunacaq. Qurumun İsveçrənin Nyon şəhərində keçiriləcək iclası iki gün davam edəcək. Hər iki turnirin final qarşılaşmalarının keçiriləcəyi stadionların adları yanvarın 25-26-da açıqlanacaq.
Xatırladaq ki, Çempionlar Liqasının 2016-cı ildəki final matçı Milanda, 2017-ci ildə həlledici qarşılaşma isə Kardifdə oynanılacaq. UEFA Avropa Liqasında isə həlledici oyunlara müvafiq olaraq Bazel və Stokholm ev sahibliyi edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avrokubok_yarislarinin_2018_ci_ildeki_final_oyunlarina_ev_sahibliyi_edecek_seherler_yanvarda_melum_olacaq-915009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR