Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayrıldı

Həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə birdəfəlik maddi yardım ayrıldı
17:42 28 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət tərəfindən verilmiş 15000 (on beş min) manat məbləğində maddi yardımlardan əlavə, SOCAR da birdəfəlik maddi yardım ayırıb.

Trend SOCAR-ən rsəmi saytına istinadən məlumat verir ki, sirkət prezidenti dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və "Günəşli" yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı həlak olmuş və itkin düşmüş neftçilərin hər birinin ailəsinə SOCAR tərəfindən 5000 (beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi haqqında sənəd imzalayıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR