Şahin Diniyev 3 futbolçunu göndərdi

Şahin Diniyev 3 futbolçunu göndərdi
17:47 28 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz” 3 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Fanat.az xəbər verir ki, klubun rəsmi saytı Məhərrəm Hüseynov, Murad Ağakişiyev və Ziyabil Məmmədovun komandanı tərk etməsi barədə xəbər yayıb.


İlk iki futbolçu cari mövsümün əvvəlində komandaya dəvət olunmuşdu. “Kəpəz” rəhbərliyi hər üç futbolçuya komandadakı xidmətlərinə görə minnətdarlığını bildirib, gələcək karyeralarında onlara uğurlar arzulayıb. 


Qeyd edək ki, bu gün səhər saatlarında "Kəpəz"in Aleksandr Sitnik, Rəşad Eyyubov, Murad Ağakişiyev və Xəzər Qəribovla yollarını ayırması barədə xəbər yayılmışdı. Klub hələlik yalnız Murad Ağakişiyevin gedişini təsdiqləyib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR