Sevda Yahyayeva: "Bunu öz hesabıma etmək istəmirəm"

Sevda Yahyayeva: "Bunu öz hesabıma etmək istəmirəm"
17:47 28 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Yahyayeva bundan sonra konsert verməyəcək. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə "10lar" verilişinə açıqlamasında deyib:

"Yaxın 2-3 ildə konsert vermək istəmirəm. Hamımız görürük ki, konsertlərə maraq yox dərəcəsindədir. Xaricdən gələnlərin kosnertinə hamı gedir. Çünki onları heç yerdə görmürlər. Bizdə müğənnini hər yerdə görürlər, ona görə də konsertlərə tələbat yoxdur. Hansısa bir şirkət etsə, qonorar müqabilində razılaşaram. Amma öz hesabıma etmək istəmirəm.
 
Bizi qınayırlar ki, konsertləri səviyyəli olmur, xarici müğənnilər daha yaxşıdırlar. Bizdə konsertdən pul qazanmaq mümkün deyil. Gedirik toylarda oxuyuruq, onunla nəsə edirik. Bircə dua edirik ki, "Ay Allah, xərcə düşməyim". Gəlir onsuz olmur, heç olmasa, ziyanı olmasın. Qoyduğun xərci çox vaxt çıxara bilmirsən".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR