Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək
17:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlaı münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. 
"Report"un Nazirliyə istinadən verdiyi məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda, abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/rabite-muessiseleri-bayram-gunlerinde-fasilesiz-isleyecek1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR