Bakının valyutadəyişmə məntəqələrində məzənnənin artırılması kimə sərf edir?

Bakının valyutadəyişmə məntəqələrində məzənnənin artırılması kimə sərf edir?
17:53 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda dolların məzənnəsinin süni şəkildə artırılmasında lisenziyasız işləyən, qanunsuz fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin sahiblərinin əli var. Bunu Trend-ə ölkənin maliyyə sahəsindəki ekspert deyib.

Onun sözlərinə görə, hazırda belə məntəqələrin işi nəzarət altına götürülüb: "Buna görə də onlar qanunsuz "qara bazar"ın yaranmasına səbəb olan belə hərəkətlərə əl atırlar. Onlar əvvəllər öz fəaliyyətləri ilə məşğul ola bilirdilər, lakin yaranmış proseslərə görə Azərbaycan Mərkəzi Bankı onları nəzarət etməyə başladı".

Ekspert qeyd edib ki, belə addımlar bazarda lazımsız ajiotaj yaradaraq ölkə əhalisini valyutadəyişmə məntəqələri qarşısında növbəyə durmağa vadar edir: "Ötən gün həmin valyutadəyişmə məntəqələrinin çoxu bəyan edirdi ki, dollar 2 manat olacaq, lakin bu baş vermədi. Əhali görməlidir ki, bütün bunlar müəyyən şəxslərin "oyun"udur və ajiotaja uymamalıdır".

O, diqqətə çatdırıb ki, üzən məzənnənin mahiyyəti ondan ibarətdir ki, valyutaların məzənnəsi yaxın günlər ərzində həm düşə, həm də qalxa bilər: "Bu, bazarın qanunudur. Buna görə də əhali qərar verməkdə tələsməməlidir".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR