Bu da başqasının "belinə çıxan" London taksisi (VİDEO)

Bu da başqasının "belinə çıxan" London taksisi (VİDEO)
15:06 30 Dekabr 2014
76 Digər
Ölkə mətbuatı
A- A+

Son vaxtlar London taksisi sürənlər də özlərini avtobus sürücüləri kimi aparır. ANS PRESS-in məlumatına görə, Bakıda çəkilmiş bu videonu avtosfer.az-a oxuculardan biri göndərib.

London taksi sürücüsü Türkiyə səfirliyinin yanında - Səməd Vurğun küçəsindən Bakıxanov küçəsinə dönərkən dönmə əməliyyatı zamanı qəza şəraiti yaradır. Yəni, zolaqlar üzrə düzgün hərəkət edə bilməyən sürücü başqasının yoluna çıxır, özü də kobud şəkildə. Qəzadan yayınmaq üçün digər sürücü qayda pozmağa məcbur olaraq qoşa xəttin tələbini pozub əks yola çıxır.

Videoya diqqətlə baxdıqda belə təəssürat yaranır ki, London taksi sürücüsü bunu qəsdən edir.

Yeri gəlmişkən, son vaxtlar London taksi sürücüləri də avtobus sürücüləri kimi heç bir qayda-qanun tanımırlar, haradan gəldi dönürlər, hara gəldi girirlər, bir sözlə, necə istəsələr, elə də sürürlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=317090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR