Martins niyə Bakı klubundan imtina edib?

Martins niyə Bakı klubundan imtina edib?
18:07 28 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı "İnter"inin braziliyalı hücumçusu Dieqo Martinsin komandadan ayrılması gözlənilməz oldu. Artıq qaynar.info 27 yaşlı futbolçunun "İnter"in yeni müqavilə bağlamaq təklifini geri çevirməsinin səbəbini öyrənə bilib.


Belə ki, Dieqo 2011-2014-cü illərdə Honkonqun "Saut Çayna" (mənası "Cənubi Çin" deməkdir - red.) klubunda ilk legioner həyatını yaşayıb və bu uğurlu olub. Orda 31 oyuna 17 qol vurmaqla özünü göstərə bilib. İndi ona yenə Honkonqdan - "Honq Konq Peqasus" klubundan cazibədar təklif gəlib. Bu üzdən Dieqo yenə avrokuboklarda oynamağa yaxın olduğu "İnter"də qalmaqdansa, pula üstünlük verib.


Qeyd edək ki, Dieqo Martins 15 oyuna vurduğu 5 qolla "İnter"in ən çox fərqlənən oyunçusu idi. O, Avroliqada da 2 qola imza atmışdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-martins-niy-bak-klubundan-imtina-edib-t46481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR