Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək
18:08 28 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən 2016-cı il yanvarın 5-dək fasiləsiz işləyəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.
Bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin olunması, eyni zamanda abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_muessiseleri_ve_telekommunikasiya_operatorlari_bayram_gunlerinde_fasilesiz_isleyecek-915026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR