Neft ucuzlaşmaqda davam edərsə Səudiyyə Ərəbistanı iflasa uğraya bilər

Neft ucuzlaşmaqda davam edərsə Səudiyyə Ərəbistanı iflasa uğraya bilər
18:08 28 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Beynəlxalq Valyuta Fondu (BVF) dünya birjalarında neftin qiymətinin ucuzlaşmaqda davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının qarşıdakı 5 ildə iflasa uğraya biləcəyi qənaətindədir. BVF Səudiyyə Ərəbistanını neft gəlirlərinin sürətlə azaldığı bu dövrdə ölkənin xərclərini azaltmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, BVF-nin hesabatında Yaxın Şərq ölkələrinin aşağı neft qiymətləri ilə əlaqədar üzləşdikləri zərərin 360 milyard dolları keçdiyi bildirilir. Səudiyyə Ərəbistanı isə ən çox zərərə uğrayan ölkələrin siyahısına başçılıq edir. Hesabatda ölkənin bu il təxminən 73 milyard dollaradək zərərə uğradığı göstərilir. Belə ki, Səudiyyə Ərəbistanının neft ucuzlaşmadan əvvəl 750 milyard dollarlıq valyuta ehtiyatı var idi. Avqustun məlumatlarına görə isə, həmin ehtiyatlar 654 milyard dollardan da azdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR