Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunmasına dair Sərəncam imzalayıb

18:18 28 Dekabr 2015
101 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 198 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, 3 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 9 nəfər isə cərimə cəzasından azad olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_mehkum_edilmis_bir_sira_sexslerin_efv_olunmasina_dair_Serencam_imzalayib-915034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR