Şahmatçılarımız Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə növbəti görüşlərini keçiriblər

Şahmatçılarımız Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə növbəti görüşlərini keçiriblər
18:18 28 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Al-Eyn şəhərində keçirilən beynəlxalq şahmat turnirində altıncı turun oyunları yekunlaşıb.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, altıncı turda Ülvi Bacarani ukraynalı Zahar Efimenko ilə xalları yarı bölərək aktivinə 4 xal yazmağa müvəffəq olub.
Zaur Məmmədov Valeriy Neverova məğlub olub. Gülnar Məmmədova Hindistan şahmatçısı Ruca Pucarini, Nərmin Xələfova isə misirli Samir Saaidi məğlub edib. Günay Məmmədzadə isə iordaniyalı Farhan Mohannadla sülh bağlayıb. Xəyalə Abdulla, Vüqar Əsədli və Orxan Abdulov isə bu turda xal toplaya bilməyiblər.
Altı turdan sonra Ü.Bacarani 4, Z.Məmmədov, G.Məmmədova, Aydan Höccətova və Nərmin Məmmədova hərəyə 3 xal toplayıblar. V.Əsədli, N.Xələfova, X.Abdulla, Nail Bəşirli, Həsən Quliyev, Abdulla Qədimbəyli və G.Məmmədzadənin aktivində 2,5 xal var.
Çin təmsilçi Vanq Hao 6 oyundan sonra 5,5 xalla turnir cədvəlinə liderlik edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahmatchilarimiz_Birlesmis_Areb_Amirliklerindeki_turnirde_novbeti_goruslerini_kechiribler-915033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR