Bakı, 28 dekabr, Ramiz Quliyev, AZƏRTAC
İtaliya mühəndislərinin “Hi-Tech” (təkər üzərində ev) layihəsi 2016-cı ildə Venesiya sərgisində nümayiş etdiriləcək.
AZƏRTAC “Arxinovosti” saytına istinadla xəbər verir ki, “Architecture and Vision” memarlıq bürosu tərəfindən layihələndirilən mobil evdə qonaq və yataq otaqları mövcuddur.
Layihə müəlliflərinin qənaətinə görə, mobil ev çox asanlıqla yerini dəyişərək, hətta kənd yerlərinin keçilməz yolları ilə də hərəkət etmək iqtidarındadır.
Evin daxili interyerini isə zövqə uyğun olaraq tərtib etmək olar.