Avstraliyada 200 min litr sulfat turşusu daşıyan qatar relsdən çıxıb

Avstraliyada 200 min litr sulfat turşusu daşıyan qatar relsdən çıxıb
18:53 28 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Avstraliyada təxminən 200 min litr sulfat turşusu daşıyan yük qatarı relsdən çıxaraq qəzaya uğrayıb.
AZƏRTAC “euronews.com” istinadla xəbər verir ki, qəza ölkənin şimal-şərqindəki Culiya Krek qəsəbəsinin yaxınlığında baş verib. 26 vaqonluq qatarın relsdən çıxmasının səbəbi hələ ki bilinmir. Hadisə zamanı 3 maşinist yüngül xəsarət alıb.
Qəzadan sonra ətrafa dağılan sulfat turşusunun əraziyə ziyan vuracağı ilə bağlı narahatlıqlar var. Səlahiyyətlilər hadisə yerinə iki kilometrdən çox yaxınlaşmağı qadağan edib. 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR