Aleksandr Novak: neftin qiymətinin ucuzlaşmasının səbəbkarı Səudiyyə Ərəbistanıdır

Aleksandr Novak: neftin qiymətinin ucuzlaşmasının səbəbkarı Səudiyyə Ərəbistanıdır
18:53 28 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Rusiyanın energetika naziri Aleksandr Novak neftin qiymətinin ucuzlaşmasının səbəbkarının hasilatı bu il 1,5 milyon barrel artıran Səudiyyə Ərəbistanı olduğunu deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı hasilatı artırmaqla neft bazarlarındakı sabitliyi pozub.
AZƏRTAC xəbər verir ki, “Rossiya 24”ə müsahibəsində A.Novak gələn ilin ikinci yarısında neft bazarlarında tələb-təklif tarazlığının bərpa olunacağına inandığını bildirib. “Lakin İrana qarşı sanksiyaların götürülməsi və bu ölkənin neft hasilatını artırması da bazarlara təsir göstərəcək”, – deyə A.Novak qeyd edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aleksandr_Novak_neftin_qiymetinin_ucuzlasmasinin_sebebkari_Seudiyye_Arebistanidir-915055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR