"Saxo Bank" mobil platformasını təkmilləşdirir

"Saxo Bank" mobil platformasını təkmilləşdirir
19:42 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ “Saxo Bank” bu günlərdə “Saxo Trader GO” platformasına biometrik parametrlərə əsaslanan identifikasiya xidmətini əlavə edib.
"Report"un verdiyi xəbərə görə, “Saxo Bank” “Touch ID” vasitəsilə avtorizasiya texnologiyasını dəstəkləyən “iPhone” mobil telefonları və “iPad” planşetləri üçün yenilənmiş tətbiq təqdim edib. Bununla yanaşı tətbiqdə əlavə funksiya kimi bir neçə hesab üzrə verilənlərin yaddaşda saxlanılması mümkündür.
Tətbiqin daha bir yeniliyi müştərilərə “Saxo Bank” treyderləri ilə ünsiyyətdə olmağa imkan verən çatın əlavə olunmasıdır. Platformanın kompüter versiyası artıq çoxekranlı rejimi dəstəkləyir ki, bu funksiya qrafik təsvirli modulu ayrıca pəncərədə açmağa imkan verir. Bununla müştərilər platformanın əsas pəncərəsindən ayrılmadan ikinci ekranda işləyə biləcəklər.
“Saxo Trader GO” – bank tərəfindən “Open API” bazası əsasında işlənib hazırlanıb və bu ilin may ayında istifadəyə verilmiş yeni nəsil ticarət platformasıdır. “Open API” səhmlər, ETF, CFD, fyuçers, opsion və valyuta üzrə ticarət dövrünün bütün mərhələlərini – ticarət öncəsi mərhələ, icra mərhələsi və sövdələşmədən sonra - əhatə edən xidmət infrastrukturudur. Bu alət “Saxo Bank”ın institusional müştərilərinə müasir həllərini hazırlamağa, ticarət və investisiya imkanlarını öz sistem və tətbiqlərinə inteqrasiya etməyə imkan verir. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/saxo-bank-mobil-platformasini-tekmillesdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR