"Qalatsaray" bu təklifə yoх dedi

"Qalatsaray" bu təklifə yoх dedi
19:56 28 Dekabr 2015
48 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın qapçısı Fernando Musleraya daha bir təklif gəlib.

ANS PRESS-in məlumatına görə, bir sıra aparıcı klubların hədəfində olan uruqvaylı qapıçı "Liverpul"un da maraq dairəsinə düşüb.

18 turda 22 qol buraхan "qırmızılar" qapıdakı problemi Musleranı transfer etməklə həll etmək istəyir. İngiltərə klubu bu məqsədlə "Qalatasaray"a 15 milyon funt-sterlinq təklif edib. Lakin klubun prezidenti Dursun Özbək təklifi qəbul etməyib. Prezident menecerlərə "İndi onu sata bilmərik. Məndən kimi istəyirsiniz istəyin, amma Musleranı yoх" deyib.


Dursun Özbək

Qeyd edək ki, son dövrlər "Qalatasaray"ın azarkeşləri uğursuz oyunlar zamanı bütün futbolçuların əleyhinə şüarlar səsləndirsə də, Muslera və Uesli Sneyder hədəfdən kənarda qalır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR