Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib

20:02 28 Dekabr 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, Qax rayonu, Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Camali Androyeviç Zeynalaşvilinin idarə etdiyi "Motoreller"lə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Asudə Şaban qızı Yunusovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilən xəstənin vəziyyətini həkimlər orta-ağır qiymətləndirir.
Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyirmiş. Elə hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/qaxda-piyadanin-vurulmasi-ile-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR