Qaxda 50 yaşlı piyada vuruldu

Qaxda 50 yaşlı piyada vuruldu
20:19 28 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

 

Rayonun Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Zeynalaşvili Camali Andreyeviç idarə etdiyi "Motoreller"lə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Yunusova Asudə Şaban qızını vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətini  orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, xəsarət alan Asudə Yunusova  Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir.  Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.

 

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR