Azərbaycanda dövlət və özəl sektorlarda çalışan peşəkarlar üçün Şərq Tərəfdaşlığı Staj Proqramı həyata keçirilir

15:07 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 15:06 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Avropa İnvestisiya Bankı (AİB) dövlət və özəl sektorlarda çalışan peşəkarlar üçün Şərq Tərəfdaşlığı Staj Proqramını həyata keçirir.

 

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, AİB-in Şərq Tərəfdaşlığı Etimad Fondunun dəstəyi ilə təşkil olunan bu proqram yalnız AİB ilə Çərçivə Sazişi imzalamış Şərq Tərəfdaşlığı ölkələrinin nazirlikləri, mərkəzi bankları və digər dövlət qurumlarında, eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan vətəndaşları üçün nəzərdə tutulur.

 

Namizədlərin staj keçməsi onların işə götürənləri tərəfindən dəstəklənməlidir.

 

Proqramla maraqlanan dövlət və özəl sektorlarda çalışan peşəkar namizədlər öz ərizələrini (hal-hazırkı işəgötürən tərəfindən ümumi razılıq daxil olmaqla) elektron olaraq təqdim etməlidirlər. Ərizələrin qəbulu üçün son tarix: 2015-ci ilin yanvarın 18-dir.  Maraqlananlar İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR