Putindən hikmətli sözlər toplusu (FOTO)

Putindən hikmətli sözlər toplusu (FOTO)
20:21 28 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Prezident administrasiyası siyasətçilərə və məmurlara yeni il hədiyyəsi olaraq, Prezident Vladimir Putinin sitatlarından ibarət toplu paylayıb.

ANS PRESS-in məlumatına görə, prezidentin sitatlarından təşkil edilən 400 səhifəlik topluda xronoloji ardıcıllıq gözlənilərək, Putinin 2003-cü ildə BMT Baş Assambliyasındakı çıxışı ilə başlayıb, 2015-ci ildə ki, çıxışına qədərki dövrü əhatə edir.

Topluda həmçinin prezidentin 2008-ci ildə CNN-ə verdiyi müsahibə də yer alıb.

Kitabın hər hissəsi müəlliflərin şərhi ilə başlayır. Daha sonra dövlət başçısının sözləri qalın şriftlərlə “bu sözlər gələcəkdən xəbər verən və dünya siyasətində qlobal dəyişikliklərə rəvac verən sözlərdir” cümləsi ilə kitaba giriş verilib.


Vyaçeslav Valodin və Vladimir Putin

Kreml administrasiyasından Vyaçeslav Volodin bu toplunu oxumağı və onun stolüstü kitaba çevirməyi hər kəsə məsləhət görüb.

O, da qeyd edilib ki, bu kitabı 1000-ə yaxın məmur və siyasətçi alıb. Beləliklə, sitatlar toplusu Dövlət Dumasının deputatlarına, qubernatorlara, spikerlərə, məmur və siyasətçilərə verilib.


Bu hədiyyə daxili siyasət idarəsinin təhsil proqramının bir hissəsi olub, administrasiyanın ənənəvi yeni il təbrikidir.

Bundan əvvəl, 2014-cü ildə Volodin siyasətçilərə və məmurlara Putinin sevimli filosovlarının – İvana İlin, Valdimir Solovev və Nikolay Berdyaevin kitablarını hədiyyə edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR