Paris qətliamını törədən terrorçu gizlicə basdırılıb

Paris qətliamını törədən terrorçu gizlicə basdırılıb
20:34 28 Dekabr 2015
33 Dünya
Ölkə mətbuatı
A- A+

Noyabrın 13-ü Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnən qətliamı törədən terrorçu adsız bir məzarlıqda basdırılıb.

 

Musavat.com Fransa mətbuatına istinadən xəbər verir ki, Sami Amimur adlı terrorçunun cənazəsi dekabrın 24-də Paris yaxınlığındakı bir məzarlıqda gizlicə dəfn edilib.

 

90 nəfərin öldüyü Batalakan konsert salonundakı inthar hücumunu təşkil edən 3 nəfərdən biri olan 28 yaşlı Amimurun dəfn mərasiminə az sayda şəxsin qatıldığı bildirilib.

 

Məzarın həm ziyarətgaha çevrilməməsi, həm də hücuma məruz qalmaması üçün ailəsi sirr olaraq qalmasını istəyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR