457 milyon avroluq müqavilə

457 milyon avroluq müqavilə
20:51 28 Dekabr 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Yetişdirdiyi futbolçuları fantastik qiymətə satmaqla böyük pullar qazanan "Portu" daha bir uğurlu müqaviləyə imza atıb.

ANS PRESS-in məlumatına görə, Avropanın "futbolçu fabriki" hesab olunan Portuqaliya klubu bu müqavilə sayəsində büdcəsini dolduracaq.

MEO şirkəti qarşıdakı 7 ildə "Portu"nun forma sponsoru olacaq. Müqavilə həmçinin 10 il müddətində klubun ev oyunlarının yayım hüququnu da bu şirkətə verib. Əvəzində "Portu" 457 milyon 500 min avro qazanacaq.


"Portu" klubu

Qeyd edək ki, ötən ay "Benfika" da bənzər müqavilə imzalamışdı. Portuqaliya mediası "Sportinq"in də oхşar müqavilə imzalamağa hazırlaşdığını yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR