Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri kimdir?
21:05 28 Dekabr 2015
229 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, təhsil naziri Mikayıl Cabbarovun dekabrın 28-də imzaladığı əmrə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. 

Modern.az saytı BŞTİ-nin yeni müdirinin tərcümeyi-halını təqdim edir.

Məhəbbət Məhərrəm qızı Vəliyeva 04.09.1968-ci il tarixində doğulub. M.F.Axundov adına Azərbaycan Pedaqoji  Rus dili və Ədəbiyyatı İnstitutuni bitirib.

Rus dili və ədəbiyyatı müəllimi ixtisasına malikdir.

1991-2003-cü illərdə Səbail rayonu Osman Mirzəyev adına 190 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib.

2003-2008-ci illərdə "XXI" əsr Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

2008-2014-cü illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru olub.

2014-cü il 5 dekabrdan bu günə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində işləyirdi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR