Qaribaşvilinin yeni vəzifəsi

Qaribaşvilinin yeni vəzifəsi
21:11 28 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ölkənin Milli Bankının prezidenti ola bilər. Artıq Gürcüstan mətbuatında bu barədə xəbərlər yer almaqdadır.

ANS PRESS-in verdiyi məlumata görə, keçmiş baş nazir bu postda Georgi Kadaqidzeni əvəzləyəcək. Qeyri-rəsmi mənbələr bildirir ki, Qaribaşvili Milli Bankın prezidenti vəzifəsinə ən real namizədlərdəndir, amma hələ ki, heç nəyə qərar verilməyib. Mətbuat Qaribaşvilinin 23 dekabrda gözlənilmədən baş nazir postunu tərk etməsinə də maraq göstərir.


İrakli Qaribaşvili - Gürcüstanın keçmiş baş naziri


Diqqət çəkən digər bir məqamsa Milli Bankın hazırkı sədri Georgi Kadaqidzenin Mixail Sarkaşvilinin prezidentliyi dövründə qalmış sonuncu məmurlardan biri olmasıdır. Onun vəzifə müddəti 2016-cı ildə başa çatır.


Georgiya Kadaqidze - Gürcüstan Milli Bankının sədri

Bir müddət əvvəl gürcü mətbuatında belə bir xəbər yayılmışdı ki, Qaribaşvili 2016-cı il parlament seçkilərində "Gürcü arzusu koalisiyası" siyahısında birinci yerdə olmaq üçün seçki qərargahına rəhbərlik etməyi planlaşdırır. Amma bu məlumat öz təsdiqini tapmadı. Başqa bir məlumatda isə deyilirdi ki, Qaribaşvili Gürcüstan Demokrat Partiyasına sədrlik postunu tərk edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR