Dolların pasportla alınması təklif edilir

Dolların pasportla alınması təklif edilir
21:17 28 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, dünəndən etibarən Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni qaydaları qüvvəyə minib. Yeni qaydalara görə, bundan sonra 15 min rubldan çox vəsait dəyişdirildikdə bankların müştəriləri öz ad və soyadını bildirməklə yanaşı, qeydiyyat ünvanı, təvəllüdü, əgər varsa VÖEN nömrəsi barədə məlumatları da verməlidirlər.

Anket bank əməkdaşı tərəfindən doldurulacaq. Müştəri haqqında məlumatlar mübadilə əməliyyatından sonrakı 5 il müddətində saxlanılacaq. Valyuta mübadiləsini xarici pasportla da etmək mümkün olacaq. Lakin bu zaman da qeydiyyat ünvanı mütləq göstərilməlidir. 15 min rubladək pulu isə əvvəlki qaydada pasport təqdim etmədən dəyişmək olacaq.

Rusiya Mərkəzi Bankı bəyan edib ki, yeni qaydalar məhdudlaşdırıcı xarakterli deyil. Sadəcə bu addımlar "çirkli pullar"ın yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə atılır.

Bəs bu qaydaları Azərbaycanda tətbiq etmək olarmı? Bununla bağlı Milli.Az-a açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, onlar da Azərbaycanda xarici valyutanın şəxsiyyət vəsiqəsi və ya pasportla satılmasının tərəfdarıdırlar: "Çünki belə üsul spekulyasiya imkanlarını xeyli məhdudlaşdırır. Eyni zamanda, bu yolla çirkli pulların yuyulmasının qarşısı alınır, xeyli ehtiyatlılıq yaranır. Nəzərə alsaq ki, fevral devalvasiyasının baş vermə səbəblərindən biri də bazarda spekulyativ olaraq 1 gün ərzində yarım milyard dolların satılması ilə bağlıdır. Təbii ki, spekulyasiya olmasaydı da, devalvasiya baş verəcəkdi. Amma bəzən müxtəlif əyri yollarla qazanılmış vəsaitin yuyulması halları baş verir. Bunun da qarşısını almaq üçün bunun qeydiyyatını aparmağa ehtiyac var. Rusiya hökuməti də bu addıma səbəb kimi çirkli pulların yuyulması və terrorizmlə mübarizəni göstərsə də, əsl məqsəd xarici valyutanın, xüsusən də dolların satışının tənzimlənməsi, dollara olan tələbatın ödənilməsində inzibati metodlardan istifadə edilməsidir. Çünki Rusiyada dollara olan tələbin ödənilməsində kəskin problemlər var, ona görə də bu yolla problemi qismən həll etməyə çalışırlar".

İSİM rəhbəri qeyd edib ki, özü qadağaların əleyhinə olsa da, valyuta alqı-satqısının qeydə alınmasının tərəfdarıdır: "Çünki qadağaların müəyyənləşdirilməsi "qara bazar" yaradır və insanlar dolları "qara bazar"da axtarmaq məcburiyyətində qalır. Amma bu rəsmiləşərsə, həm çirkli pulların yuyulmasına, həm də prosesə nəzarət imkanları genişlənəcək, "qara bazar" da yaranmayacaq. Ona görə də bizdə də Rusiya təcrübəsinin tam olaraq tətbiqini deyil, oradakı kimi xarici valyuta alqı-satqısının rəsmiləşdirilməsini və qeydiyyata alınmasını təklif edirik.

Amma mən dəyişdirilən pullarla bağlı limitin qoyulmasının tərəfdarı deyiləm. Əksər xarici ölkələrdə olduğu kimi, kimsə dollar alırsa, şəxsiyyət vəsiqəsi və ya pasportdakı məlumatlar xüsusi blanka qeyd edildikdən sonra dolların alqı-satqısı həyata keçirilir. Bu təcrübə əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur və heç bir limit də qoyulmur. 
Bunun tətbiqi heç də o anlama gəlmir ki, bu addım manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxaracaq, amma bütün hallarda prosesin leqallaşdırılmasına və ona nəzarətin gücləndirilməsinə səbəb olacaq, eyni zamanda spekulyativ manevr imkanlarını xeyli azaldacaq. Bu, eyni zamanda pulların necə, haradan, kimlərdən gəldiyini müəyyənləşdirməyə imkan verəcək. Xüsusən, çirkli yolarla əldə edilmiş pulların dollarlaşmasının müəyyən qədər qarşısını alacaq".

İlkin İzzət

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33