Baş nazir İŞİD üzərində qələbə çalacağını vəd etdi

Baş nazir İŞİD üzərində qələbə çalacağını vəd etdi
22:14 28 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

2016-cı il İŞİD üzərində son və qəti qələbə ili olacaq.

 

APA-nın AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib.

 

“Əgər 2015-ci il azad edilmə ili idisə, 2016-cı il İŞİD üzərində böyük qələbələr ili olacaq”, deyə əl-Abadi bildirib.

 

Onun sözlərinə görə, gələn il İraq ərazisi terrorçulardan tamamilə təmizlənəcək.

 

Qeyd edək ki, bu gün İraq ordusu Anbar əyalətinin ər-Ramadi şəhərini terrorçulardan azad etdiyini bəyan edib. Bundan sonra əyalətin qubernatoru bildirib ki, şəhərin hələ ki 80% ərazisi terrorçulardan təmizlənib. Xatırladaq ki, İŞİD silahlıları ər-Ramadını  2014-cü ildə ələ keçirib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR