Qubada Beynəlxalq Bank nəzarətə götürldü

Qubada Beynəlxalq Bank nəzarətə götürldü
23:26 28 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankının Quba filialına bomba qoyulması barədə məlumat yalandır.

Bu barədə ANS PRESS-ə Quba rayon poils idarəsindən məlumat verilib. Faktı Quba Rayon İcra Hakimiyyətinin birinci müavini, rayon fövqəlada hallar komissiyasının sədri Yusif Abidov da təsdiqləyib.

Onun sözlərinə görə, Beynəlxalq Bankın filialı nəzarət altındadır. Filial artıq normal iş rejiminə qayıdıb.


Beynəlxalq Bankın Quba filialı

Əraziyə xüsusi minaaxtaran qüvvələr və əlavə polis gətirilib. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb. Hazırda polis araşdırmaları davam etdirir. Zəngin haradan və kim tərəfindən daxil olduğu araşdırılır.

Qeyd edək ki, naməlum şəxs bombanın saat 15:00-da partlayacağını bildirib. Bu haqda bankın Bakıdakı mərkəzi ofisinə məlumat daxil olub. Quba Rayon Polis Şöbəsinin əməkdaşları dərhal bankın ofisini nəzarətə götürüb, işçilər təxliyyə edilib, hazırda əməliyyat tədbirləri davam etdirilir.

İlkin məlumata görə, bomba haqda məlumat öz təsdiqini tapmayıb.

Polislər iş başındadır:






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368372

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR