Canlı yayımda bu da baş verdi (VİDEO, FOTO)

Canlı yayımda bu da baş verdi (VİDEO, FOTO)
23:31 28 Dekabr 2015
94 Şou
Ölkə mətbuatı
A- A+

CNN aparıcısı Poppi Xarlounun canlı yayım zamanı ürəyi gedib.

ANS PRESS-in məlumatına görə, Xarlou terrorizmlə mübarizənin müvəffəqiyyətləri haqqında nəticələri səsləndirərkən özündən gedib.

Efir vaxtı tədricən onun danışığı dolaşaraq yavaşıyıb və bir anda dayanıb. Bir neçə saniyə sonra efir dayandırılıb. Bu haqda ABŞ KİV-i bildirib. Bir qədər sonra aparıcı "Twitter" hesabında əhvalının yaxşılaşdığı barədə xəbər yayıb.



“Hamıya təşəkkür, sizin qayğınız və narahatlığ üçün! Mən qaydasındayam! Hazırda həkimin müşahidəsi altındayam”, - deyə Xarlou yazıb.

Bir müddət əvvəl Çempionlar Liqasının oyununu yayımlayan "LeTV" telekanalında kuryoz hadisə baş verib. Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb. Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu hətta oyunu televiziyadan izləyənlər də eşidib. Kuryoz hadisə zamanı onun digər həmkarı oyununun gedişatını tamaşaçılara çatdırmaqda davam edib.


Donq Lu

Ancaq digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib. Bu hadisə böyük səs-küyə səbəb olub. Bu səbəbdən kanal rəhbərliyi şərhçini işdən qovub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR