Sümüklərimiz üçün xeyirli və ziyanlı məhsullar

Sümüklərimiz üçün xeyirli və ziyanlı məhsullar
23:47 28 Dekabr 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:

- Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfdən mənimsənilməsini təmin edir.
- Süd məhsullarında əlavə ispanaq, kərəviz, kahı, çuğundur yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.
- Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.
- Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər üçün vacib olan bir çox maddələrlə zəngindir.
- Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla zəngindir. Bu mineral  sümüklərin möhkəmləndirilməsinə kömək edir.
- Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur. Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.
Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar, koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal mənimsənilməsinin qarşısını alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/393833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR