Paltarları evdə qurutmaq sağlamlığa zərərlidir

Paltarları evdə qurutmaq sağlamlığa zərərlidir
23:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qış aylarında qızdırıcının üzərində paltar qurutmaq tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, mütəxəssislər deyir ki, insanlar bu məsələdə diqqətli olmalıdırlar. 

Hər kəsə məlumdur ki, havalar soyuyan kimi paltarlar qızdırıcı üzərinə sərilərək qurudulur.

Lakin tibb mütəxəssisləri bunun otaqdakı rütubət tarazlığını pozduğunu bildirir. 

Paltar yuyarkən istifadə olunan yuyucu tozlar, yumşaldıcı kimi kimyəvi maddələr, qurutma zamanı  tənəffüs etdiyimiz  havaya qarışır.

Bunun qarşısını almağın yeganə yolu havanın necə olmasından asılı olmayaraq, paltarları mümkün olduğu qədər bayırda qurutmağa çalışmaqdır. 

Əgər paltarları içəridə qurutmaq məcburiyyətində qalsanız belə, yatdığınız otaqda deyil, gündüz oturduğunuz otaqda qurutmağa üstünlük verin.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR