Ucarda mərkəzi bazarda yanğın baş verib

Ucarda mərkəzi bazarda yanğın baş verib
23:52 28 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 21:30 radələrində baş verib.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub.
 
Yanğın ümumi sahəsi 10 000 kv m olan bazarın 76 kv.m ərazisini əhatə edib. Yanğınsöndürənlərin səyləri nəticəsində alovun qarşısı qısa müddətdə alınıb, qonşu tikililər yanğından mühafizə olunub.
 
Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR