10 günə milyard dollar qazanan film - VİDEO - FOTO

10 günə milyard dollar qazanan film - VİDEO - FOTO
23:57 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Ulduz müharibələri: Güclərin oyanışı" filmi işıq üzü görəndən bu günə qədər inanılmaz nəticə qazanıb. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, kinoseriyanın 7-ci hissəsinin kassası 1 milyard dolları ötüb keçib. 

Artıq filmin premyarısının 12-ci günündə prokatlardan alınan gəlir 1 milyard 90 dollar olub. "Box Office Mojo" isə hesab edir ki, bu, hələ son göstərici deyil və filmin gəlirləri gələcəkdə daha da artacaq.

21 dekabrda bildirilirdi ki, filmin premyerasından sonra ilk həftə sonu dünya rekordu vuraraq 528 milyon dollar kassa gəliri olub. Hələ bu göstərici Çində kinoprokatların gəliri hesab olunmayıb. 

Filmin baş qəhrəmanları Con Boyeqa, Deyzi Ridli və Adam Drayver olub. 

Əvvəlki nailiyyət "Yura dövrünün dünyası" filminıə məxsusdur. 

Film 13 gün ərzində "Ulduz müharibələri: Güclərin oyanışı" filmi kimi kassa gəliri olub. Film 2015-ci ilin baharında ekranlara çıxdı.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR