"Qəbələ" "Dnepr"lə qarşılaşacaq

"Qəbələ" "Dnepr"lə qarşılaşacaq
00:27 29 Dekabr 2015
31 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin qış hazırlığı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblər müəyyənləşib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının 2015-2016 mövsümünün ilk yarısından sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2016-cı il yanvarın 10-da start götürəcək Türkiyə təlim-məşq toplanışında 3 matç keçirəcək. 

Yanvarın 27-dək davam edəcək hazırlıqlardakı ilk rəqib “Osnabryuk” olacaq. Almaniya çempionatının aşağı liqa təmsilçisi ilə qarşılaşma ayın 16-da baş tutacaq. 

4 gün sonra “Qəbələ” ikinci yoxlama oyununa çıxacaq. Roman Qriqorçukun yetirmələri İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək. 
Yanvarın 24-də keçiriləcək son yoxlama matçında "Qəbələ" UEFA Avropa Liqasının ötən mövsümünün finalçısı “Dnepr”lə görüşəcək.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-quotdneprquotl-qarlaacaq-t46487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR