Yer Kürəsində 7 güclü maqnit qasırğası olacaq

Yer Kürəsində 7 güclü maqnit qasırğası olacaq
03:19 29 Dekabr 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

2016-cı ildə Yer Kürəsində 7 güclü maqnit qasırğası gözlənilir.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya FHN-nin “Antistixiya” mərkəzinin mütəxəssisləri bildirib.

 

Ümumilikdə, qarşıdan gələn ildə 40 maqnit qasırğası olacağı proqnozlaşdırılır. 2016-cı ildə Günəş aktivliyinin azalması davam etsə də, Günəş səthində partlayışlar baş verəcək.

 

Qeyd edək ki, 2015-ci il, yanvarın 1-dən noyabrın 1-dək Yer kürəsində 36 maqnit qasırğası qeydə alınıb, onlardan 7-si güclü hesab edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR