Türkiyə sərhəddə qoşun yığır (VİDEO)

Türkiyə sərhəddə qoşun yığır (VİDEO)
06:41 29 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Fərət çayının qərbində separatçı kürd qruplaşması (YPG) ilə İŞİD terrorçu silahlıları arasında qızğın döyüşlər davam edir. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, döyüşlərin Türkiyə sərhəddinə yaxın bölgədə cərəyan etməsi bu ölkədə də narahatlıqla qarşılanıb.

Qaziantep 5-ci Zirehli Briqadasına aid çox sayda hərbi vasitə sərhəddə doğru hərəkətə başlayıb. Hərbi konvoyun Qaziantep vilayətinin Suriya ilə sərhəddə yerləşən Karkamış rayonuna doğru hərəkət etdiyi bildirilir.

Canlı qüvvə və silahların olduğu hərbi konvoyu zirehli texnikann da müşayiət etdiyi qeyd edilib. Hərbi qüvvələrdən ibarət konvoyun bundan sonra da sərhəd bölgəsinə göndəiləcəyi istisna olunmur.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR