İstanbulda yük maşını partladı

İstanbulda yük maşını partladı
06:44 29 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

 İstanbulun "Heydərpaşa Limanı"nda yük maşını partlayıb.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, partlayış Ukrayna dövlət qeydiyyat nişanlı avtomobildə baş verib.

 

İlkin məlumata əsasən, insidentə səbəb yük maşınının yanacaq çəninin alovlanması səbəb olub. Yanğın qısa müddət ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb. Maşının yararsız hala düşdüyü qeyd olunur.

 

Hadisə nəticəsində yüngül xəsarət alan sürücü xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR