İŞİD-in "Qızıl çeçeni" tutuldu

İŞİD-in "Qızıl çeçeni" tutuldu
07:26 29 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ əsgərləri "Qızılı Çeçen" kimi tanınan Əbu Ömər Əl-Şişanini Şimali İraqın Kərkük şəhərində ələ keçirib. Şişaninin daha əvvəl də öldüyü haqqında xəbərlər yayılmışdı. Amma hələ də məlumat Pentaqon tərəfindən təsdiqini tapmayıb.

ANS PRESS-in məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov 13 noyabr tarixində paylaşdığı cəsəd fotoşəkilləri ilə Rusiyanı hədələyən İŞİD komandiri Əbu Ömər Əl-Şişaninin - Tarkan Bataraşvilinin öldürülməsi barədə məlumat yaymışdı. Bir müddətdən sonra xəbər yalan olduğu məlum olmuşdu.


Əbu Ömər Əl-Şişanin

Şişani, 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi. 1986-ci ildə Gürcüstanın şimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə Çeçen mənşəli müsəlman olduğu bildirilir.

Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib. 2008-ci ildə Qafqaz müharibəsində iştirak edən Şişani, 2010-ci ildə vərəm diaqnozu ilə ordudan ayrılıb. Silah ticarətiylə məşğul olarkən həbs olunan Şişani, həbsxanada radikal qruplarla təmas qurub. 2012-ci ildə azadlığa buraxılan Şişani, 2013-ci ildə Gürcüstandan ayrılaraq İŞİD komandiri olaraq fəaliyyətə başlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR