ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır

ŞƏT Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır
07:47 29 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

"Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazırdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Dmitri Mezentsev TASS agentliyinə müsahibəsində bildirib.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün detallarına dair verdiyi müsahibədə təşkilat rəhbəri nazirlə görüşdə müşahidəçi dövlətlərlə, ŞƏT-lə dialoq üzrə tərəfdaşlarla bağlı mövzunun müzakirə olunduğunu da qeyd edib: "Müşahidəçi dövlətlərlə qarşılıqlı fəaliyyətin yeni səviyyəyə çatdırılmasına nail olunub. Misal üçün, Çinin Çjençou şəhərində hökümət başçılarının "6+6" formulunda baş tutan görüşündə Belarus ilk dəfə müşahidəçi qismində ümumi müzakirələrdə bərabərhüquqlu iştirakçı kimi iştirak edib. Mən naziri gələn ilin əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycan, Ermənistan və Nepalla dialoq üzrə tərəfdaşlıq statusunu təqdim etmək haqqında memorandumu imzalamağa hazır olduğu barədə məlumatlandırdım. Bununla yanaşı qeyd etdim ki, Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində dialoq üzrə əməkdaşlıq statusunda ilk memorandum bu ilin payızında Kamboca Krallğı ilə imzalanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/393848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR