Bakıda söyüş üstündə qətl: 29 yaşlı gənci qonşusu öldürdü

Bakıda söyüş üstündə qətl: 29 yaşlı gənci qonşusu öldürdü
07:57 29 Dekabr 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində iki qonşunun mübahisəsi qətllə nəticələnib. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindəki 31 saylı binanın qarşısında qeydə alınıb. 

Həmin binada yaşayan 32 yaşlı Bağırov Kamran Vahid oğlu məhəllədə dayanaraq, qonşuluqda yaşayan digər gənclərlə söhbət edirmiş. Onun sözlərinə görə, bu vaxt 29 yaşlı Rüstəmov Cümşüd Əsəddulla oğlu da onlara yaxınlaşıb: "Allah rəhmət eləsin, Cümşüd toydan gəlirdi. İçkili idi. Salamlaşdıq. Sonra nə üstündəsə mübahisə düşdü. Başladı söyüş söyməyə. Bir neçə dəfə xəbərdarlıq etdim ki, söyməsin. Amma, söyüşlərini davam etdirdi. Mən də bıçaqladım".

Kamran Bağırov baş verənlərə görə peşimanlıq çəkdiyini də gizlətmir. Onun sözlərinə görə, sərxoş Cümşüd Rüstəmov digər qonşularla və daha sonra onunla söyüş dolu zarafat etməsəydi, bu cür nəticələnməzdi.

Kamran Bağırov Cümşüdü bıçaqladıqdan sonra könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gedib və törətdiyi əməli etiraf edib. 

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Cinayət Məcəlləsinini qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/393852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR