Türkiyə ordusu daha bir şəhid verib

Türkiyə ordusu daha bir şəhid verib
09:05 29 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə aparılan növbəti əməliyyat zamanı bir əsgər şəhid olub, biri isə yaralanıb.

Anadolu Agentliyinin məlumatına görə, əməliyyat zamanı PKK terrorçularının təşkil etdikləri hücum nəticəsində yaralanan 2 türk əsgəri xəstəxanaya çatdırılsa da onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə Baş Qərargahından verilən məlumatda Şırnak bölgəsində davam edən əməliyyatlarda 170 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR