​Keçmiş deputatın qızı vəfat edib

​Keçmiş deputatın qızı vəfat edib
10:07 29 Dekabr 2015
72 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı vəfat edib. "Report" xəbərinə görə, BDU-nun Şərqşünaslıq fakültəsinin türk filoloqiya kafedrasının müəllimi Fərəh Həsənova dünyasını dəyişib. 43 yaşlı müəllim qəfldən ölüb.
Qeyd edək ki, Fərəh Həsənova 1972-ci il yanvarın 27-də Bakıda anadan olub. 1979-1989-cu illərdə Bakı şəhər 158 saylı orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə BDU-nin Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. 1997-ci ildən ömrünün sonuna qədər BDU-nin Şərqşünaslıq fakültəsinin türk filoloqiya kafedrasının müəllimi olub.
F.Həsənova Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, BDU-nun İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın qızıdır.
Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/kecmis-deputatin-qizi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR