Dmitri Savelyev: "Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir"

Dmitri Savelyev: "Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir"
10:47 29 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 dekabr. REPORT.AZ/ "Rusiya və Azərbaycan münasibətlərini qarşılıqlı anlaşma və bir-birinə dəstək əsasında quran çoxdanın strateji tərəfdaşlarıdır".
"Report" xəbər verir ki, bunu Rusiya- Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.
Dövlət Dumasının deputatı Azərbaycan Prezidenti İlham Əliyevin Qərbin təzyiqlərinə baxmayaraq, Böyük Qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Moskvaya gəldiyini, Rusiya prezidenti Vladimir Putinin isə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının açılış mərasiminə gedərək dünyaya Rusiyanın Azərbaycanın müstəqil siyasi və iqtisadi siyasətini dəstəklədiyini nümayiş etdirdiyini xatırladıb.
İqtisadi əlaqələrdən danışarkən deputat Azərbaycanın MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biri olduğunu deyib: 
"Rusiya maşınqayırmasının məhsullarının Azərbaycana ixracı bir ilə 62% artıb. Öz növbəsində, Azərbaycan fermerləri Rusiyanın simasında kənd təsərrüfatı məhsullarının satışı baxımından böyük bazar qazandı və ölkəmizə Qərbin sanksiyalarından dəymiş zərbənin yumşaldılmasına yardım etdi. Bu gün qarşılıqlı ticarətdə milli valyutanın istifadəsi 25-26% təşkil edir və bu rəqəm getdikcə artır. Qarşıdakı illərdə Rusiya və Azərbaycanın dollarla ödənişdən birdəfəlik imtina edəcəyi də istisna deyil".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/dmitri-savelyev-azerbaycan-mdb-mekaninda-rusiyanin-en-effektiv-ticaret-terefdaslarindan-biridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR