"Arsenal" birinci pilləyə yüksəldi (VİDEO)

İngiltərə Premyer Liqasının 19-cu turunda "Arsenal" "Bornmut"u qəbul edib.

Metbuat.az-ın məlumatına görə, oyunda hesab 27-ci dəqiqədə açılıb. Qabriel Paulista Məsut Özilin ötürməsini qola çevirib. İkinci hissədə isə alman futbolçu özü fərqlənib. Beləliklə, 2:0 hesabı ilə qalib gələn "Arsenal" birinci pilləyə yüksəlib. "Topçular"ın mövqeyini qoruyub-qorumayacağı bu gün keçiriləcək "Lester" - "Mançester Siti" görüşünün nəticəsindən asılı olacaq.

"Arsenal" - "Bornmut" - 2:0

Qollar: Paulista, 27, Özil, 63

"Arsenal" - "Bornmut" oyununu canlı izləyə bilməyənlər üçün video icmalı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR