Vaxtaşırı tibbi müayinədən keçməli olan vətəndaşlar üçün yeni xidmətlər istifadəyə verilib

11:03 29 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlarla (obliqat qruplar) bağlı yeni xidmətlər istifadəyə verilib.

Azərbaycan Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə Trend-ə deyib ki, yeni xidmətlər obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi və obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıqdır. Yeni xidmətlər artıq “Elektron səhiyyə” portalına yerləşdirilib.

C.Əsəd-zadə qeyd edib ki, obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi xidmətindən istifadə etmək üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə İCAZE sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) ilə göndərməlidir. Sistem qısa müddət ərzində vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir.

Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq xidmətindən istifadə üçün obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Sistem qısa müddət ərzində vətandaşın növbəti müayinə tarixi barədə məlumatı abonentə göndərir. Əgər müayinə yoxdursa, ilkin müayinə tarixi barədə məlumat gondərilir. Xidmətlərdən bütün mobil operator istifadəçiləri yararlana bilərlər.

Xidmətlərin məqsədi obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında həyata keçirilməsini təmin etməkdir.

C.Əsəd-zadə qeyd edib ki, istifadəyə verilən yeni xidmətlərdən biri də “Xəstəliklərin Beynəlxalq Təsnifatından məlumatların verilməsi” xidmətidir.

Mərkəz direktorunun sözlərinə görə, hazırda “Elektron səhiyyə” portalı vasitəsilə səhiyyə sahəsi üzrə vətəndaşlara 37 elektron xidmət göstərilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR