"Günəşli" yatağında itkin düşənlərin yaxınları axtarışlara cəlb olunur

"Günəşli" yatağında itkin düşənlərin yaxınları axtarışlara cəlb olunur
11:08 29 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Hal-hazırda "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri cəlb olunub: “Eyni zamanda gəmilərimiz sahil boyu axtarışları davam etdirir. Axtarışlara həmçinin Dövlət Sərhəd Xidmətinin helikopterləri və gəmiləri cəlb olunub”.

E.Mirzəyev deyib ki, FHN ilə SOCAR hadisə yerinə birgə uçuş təşkil edirlər: “İtkin düşmüş neftçilərin yaxınları Günəşli yatağının 10-cu özülündə olacaqlar, öz gözləri ilə yaxınlarının harada işlədiklərini və itkin düşdüklərini görəcəklər”.

Nazir müavini qeyd edib ki, bu günə qədər hava şəraitindən asılı olmayaraq xilasetmə və axtarış işləri dayandırılmayıb: “Hər gün bu işlər həyata keçirilib”.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov də jurnalistlərə bilidirb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq onların axtarışlarda iştirakına icazə verilib: “Neftçilərin ailə üzvləri təlimatlandırılıb. Onlar hadisə yerinə aparılıb axtarışlarda iştirakını təmin edəcəyik”.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR