Azərbaycanlı müğənninin toyudur - fotolar

Azərbaycanlı müğənninin toyudur - fotolar
11:21 29 Dekabr 2015
106 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Vyanada dünya operasının iki ulduzu - rusiyalı soprano Anna Netrebko və 34 yaşlı bakılı tenor Yusif Eyvazov ailə qurur.

Axşam.az-ın məlumatına görə, cütlüyün Krasnodar və Bakıdan olan tanışları da toyda iştirak edəcəklər. Nişanlılar opera aləminin ulduzlarının, siyasi xadimlərin də qatılacağı mərasimə 15 at və faytondan ibarət kortejdə gələcəklər.

Rusiya mediası Vyananın ən qədim qalalarından birində keçiriləcək şad günü indidən "ilin toyu" adlandırır. Toyda 170 nəfər iştirak edəcək. Anna və Yusif deyib ki, onlar Bakıda və ya Krasnodarda toy etməli olsaydılar, 500 nəfər çağırmalı olacaqdılar.

Qeyd edək ki, Anna Netrebko ilə Yusif Eyvazov ötən ilin avqustunda nişanlanıblar. Bu, Annanın ikinci evliliyi olacaq. Onun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.







Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR