Keçmiş deputatın qızı vəfat edib - FOTO

Keçmiş deputatın qızı vəfat edib - FOTO
11:37 29 Dekabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı vəfat edib.

"Report"un xəbərinə görə, BDU-nun Şərqşünaslıq fakültəsinin türk filologiyası kafedrasının müəllimi Fərəh Həsənova dünyasını dəyişib. 43 yaşlı müəllim qəfildən ölüb.

Qeyd edək ki, Fərəh Həsənova 1972-ci il yanvarın 27-də Bakıda anadan olub. 1979-1989-cu illərdə Bakı şəhər 158 saylı orta məktəbdə oxuyub. 1989-1994-cü illərdə BDU-nin Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. 1997-ci ildən ömrünün sonuna qədər BDU-nin Şərqşünaslıq fakültəsinin türk filologiyası kafedrasının müəllimi olub.

F.Həsənova Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, BDU-nun İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədovanın qızıdır.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR