Qusarda yeni tikilən “Şəfa” istirahət mərkəzi istifadəyə verildi

11:53 29 Dekabr 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binada yerləşəndən sonra 2013-cü ildə Həmkarlar İttifaqı Konfederasiyası və Səhiyyə Nazirliyinin köməkliyi ilə xəstəxananın binası Əmlak Komitəsinin qərarı ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilib.

Bununla bağlı keçirilən tədbirdə Səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Qusar rayon icra hakimiyyətinin başçısı və digər rəsmi şəxslər iştirak ediblər.

İki hektar torpaq sahəsi və ərazidə yerləşən bütün binalar özəlləşdirilib və Səhiyyə İşçiləri Həmkərlar İttifaqı Respublika Komitəsinin mülkiyyətidir.

“Şəfa” istirahət mərkəzi Səhiyyə İşçiləri Həmkərlar İttifaqı Respublika Komitəsinin büdcə vəsiti hesabına tikilib.

İstirahət mərkəzi 80 yerlikdir, eyni zamanda, uşaqlarla birlikdə 100 nəfər istirahət edə biləcək və ill boyu fəaliyyət göstərəcək. İstirahət edənlərə gələcək üçün müalicə xidmətləri göstərilməsi planlaşdırllır. İstirahət 3, 7 və ya 10 gün müddətinə nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR